5 uşaq anası olan Pərvinəni Pyer Karden Parisə dəvət etdi - FOTO

5 uşaq anası olan Pərvinəni Pyer Karden Parisə dəvət etdi - FOTO
15:42 22 Noyabr 2016
398 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistanın qəhrəman anası Orta Asiyanın ən gözəl modelidir.

Milli.Az teleqraf.com-a istnadən xəbər verir ki, 27 yaşlı Pərvinə Səidova ərinin ölümündən sonra 5 uşağı təkbaşına böyüdür.

Bu yaxınlarda Orta Asiya gözəli məşhur fransız modelyeri Pyer Kardendən Parisə dəvət alıb. Pərvinə Səidova deyir: "5 uşaq anasıyam. İnobat adlı ilk qızımı 18 yaşımda, prezidentin ad günündə dünyaya gətirdim. Bir il sonra ikinci qızım isə atasının ad günündə doğuldu".

Düşənbəli model 7 ildə üç qız, iki oğlan dünyaya gətirib. Sonuncu övladı doğulanda 24 yaşı varmış. Bu tarixçəni danışanda heç kəs ona inanmaq istəmir. Çünki model öz ideal bədən quruluşunu hələ də qoruyub saxlayır. 

Pərvinənin həyat yoldaşı iki il əvvəl dünyasını dəyişib. Bu itkini hiss etməsinlər deyə o, uşaqlarının təhsil və tərbiyəsinə xüsusi diqqət yetirir. Ötən il gənc ana orta məktəbin aktyor və vokal kurslarına gedib və məşhurluq həyatı başlayıb. Bədii filmdə baş rola və ən məşhur estrada müğənnilərinin kliplərinə çəkilib.  

Pərvinə Səidova model sənayesinə sırf təsadüf nəticəsində düşüb. Ölkənin ən titullu modelyerlərindən olan Xurşud Səttarov onun adını Odessada keçiriləcək model yarışına gedən qadınların siyahısına daxil edib. Çoxuşaqlı ana 60 iştirakçı arasında birinci yerə çıxıb. 

Xurşud Səttarov deyir ki, Pyer Kardenin dəvəti ilə o və Pərvinə Səidova Parisə gedəcək: "Bu il Odessada "Ən yaxşı model" titulundan sonra Pərvinə Səidova və 50 dizayner arasında mən Pyer Kardendən Parisə dəvət aldıq".

Pərvinə Səidova bu il Odessada yenidən "Ən gözəl model", daha sonra Astanada keçirilən Miss World Beauty müsabiqəsnin qalibi seçilib. 

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR