CNN: Donald Trampın və ailəsinin mühafizəsi Nyu-York büdcəsinə gündəlik 1 milyon dollara başa gəlir

CNN: Donald Trampın və ailəsinin mühafizəsi Nyu-York büdcəsinə gündəlik 1 milyon dollara başa gəlir
15:57 22 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ailəsinin mühafizəsi Nyu-York büdcəsinə gündəlik 1 milyon dollardan çox vəsaitə başa gəlir.
Bu barədə "Report" CNN-ə istinadən xəbərt verir.
Qeyd olunur ki, D.Trampın həyat yoldaşı Melanya və onların 10 yaşlı oğlu Barron azı dərs ilinin sonuna qədər Manhettondakı "Trump Tower"də yaşamağa davam edəcəklər. Eyni zamanda, yeni prezidentin özü də müntəzəm olaraq evinə baş çəkməyi düşünür.
Bu qiymətə həmçinin D.Trampın elə Nyu-Yorkda yaşayan böyük uşaqlarının və nəvələrinin polis tərəfindən qorunması da daxildir.
Məlumata görə, mühafizə haqqının belə çox olması D.Trampın Nyu-Yorkun - dünyanın ən böyük şəhərinin ən sıx məskunlaşma olan ərazisində yaşaması ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cnn-donald-tramp-ve-ailesinin-muhafizesi-nyu-york-budcesine-gundelik-1-milyon-dollara-basa-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR