“Shell” Nigeriya iddiaları ilə bağlı Ali Məhkəmə qarşısına çıxır

“Shell” Nigeriya iddiaları ilə bağlı Ali Məhkəmə qarşısına çıxır
16:17 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ London Ali Məhkəməsi dünəndən başalayaraq 4 gün ərzində “Royal Dutch Shell” şirkəti və onun Nigeraiyadakı törəməsi olan SPDC şirkətinə qarşı iddiaları dinləyir.
“Report” xəbər verir ki, Nigeriyadan olan 40 mindən çox iddiaçı tərəfindən iki məhkəmə iddiası qaldırılıb.
İlk iddia Nigeriyanın Bille icmasından olan 2 335 nəfər, xüsusilə də balıqçılar tərəfindən ötən beş ildə neft dağılmalarından ərazinin çirkəndirildiyi ilə bağlı qaldırılıb.
Oqal icmasından olan 40 min nəfər tərəfindən qaldırılan iddiada isə “Shell”in boru kəmərlərindən axan neftin təmizlənmədiyi qeyd olunub.
Qeyd edək ki, bu ərazidə neft dağılmaları BMT-nin 2011-ci il üzrə Ətraf Mühit Proqramında da qeyd edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR