"Tramp Azərbaycanın əhəmiyyətini anlayan bir siyasətçidir"

"Tramp Azərbaycanın əhəmiyyətini anlayan bir siyasətçidir"
16:27 22 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycanın əhəmiyyətini anlayan bir siyasətçidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə Baku Network-da ABŞ prezidenti seçkilərinin yekununa həsr olunmuş diskussiyada deyib.

C.Mollazadə bildirib ki, ABŞ-da keçirilən seçkilərin qeyri-adi oldu: "Son ana qədər heç kim nəticələrlə bağlı proqnoz verə bilmirdi. Yerli analitiklərin əksəriyyəti belə qənaətə gəlmişdi ki, Hillari Klinton bu seçkilərdə qələbə qazanacaq. Amma Amerika xalqı çox təəccüb doğuran bir nəticə əldə etdi. Böyük səs çoxluğu ilə Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Hesab edirəm ki, bu seçkinin nəticələri Azərbaycanın mənafeyinə uyğundur".

Ekspert qeyd edib ki, D.Tramp Azərbaycan, Türkiyə və Rusiyanın əhəmiyyətini anlayan bir siyasətçidir: "Tramp öz siyasətini belə müəyyən edəcək ki, Azərbaycanın orada rolu olacaq. Tramp nadir siyasətçilərdəndir ki, seçki kampaniyası zamanı qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı vəd vermədi. Amma Klinton da, Obama da bununla bağlı vəd vermişdilər. Mənim bildirim qədər, seçki kampaniyasında ermənilər Hillari Klintona böyük dəstək vermişdi".

C.Mollazadə D.Trampın çox praqmatik siyasət yürüdəcəyini düşünür: "Donald Tramp ABŞ-ın təhlükəsizlik maraqlarını üstün tutacaq. O, bunu seçki kampaniyası zamanı da dəfələrlə qeyd edib. Azərbaycan və bölgə siyasətinə gəlincə, qeyd etmək istəyirəm ki, Azərbaycan və ABŞ-ın mənafeləri 25 ildir üst-üstə düşən maraqlardır. Azərbaycanla ABŞ arasında ideoloji məsələlərdə bəzi ziddiyyətlər yaranırdı. Obama administrasiyası zamanı Azərbaycana qarşı xeyli tənqidlər də var idi. Hesab edirəm ki, Azərbaycan işğala məruz qalan bir ölkə olsa da, onun ərazisini zəbt edən ölkəyə qarşı yox, Azərbaycana qarşı tənqidi kampaniya aparılırdı".

O əlavə edib ki, yeni ABŞ prezidenti isə belə bir ideoloji siyasət yürütməyəcək: "Hesab edirəm ki, Azərbaycan bu seçkinin nəticəsindən müəyyən dərəcədə bəhrələnə biləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/491958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR