"Riqoletto" operasının tamaşasında Ukrayna və Azərbaycanın opera ulduzları iştirak edəcəklər

"Riqoletto" operasının tamaşasında Ukrayna və Azərbaycanın opera ulduzları iştirak edəcəklər
16:32 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Riqoletto"operasının tamaşası keçiriləcəkdir.

Opera və Balet Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, onların kiyevli həmkarları - Ukrayna Milli operasının solistləri də iştirak edəcəklər. Belə ki, tamaşadakı Riqoletto partiyasında Ukraynanın əməkdar artisti Pyotr Primak, Hersoq partiyasında isə Ukraynanın əməkdar artisti Dmitri Kuzmin çıxış edəcəklər.

Qastrolşularla yanaşı tamaşada həmçinin yerli sənətçilər - Azərbaycanın xalq artisti Əli Əsgərov (Sparafuçille), əməkdar artistlər İnarə Babayeva (Cilda), Əkrəm Poladov (Monterone), Səbinə Əsədova (Maddalena) və gənc solist Nina Makarova (qrafinya de Çeprano) da əsas rollarda çıxış edəcəklər.

Operanın dirijoru isə xalq artisti, professor Cavanşir Cəfərovdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR