"İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir"

"İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir"
16:37 22 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Hüseynova ifadə verib. O bildirib ki, İ.Quliyeva ilə 9 il əvvəl tanış olub: "Bundan sonra İlhamə Quliyeva mənim evimdə 2-3 dəfə qonaq olub. Mən özüm jurnalist kimi fəaliyyət göstərmişəm. İlhamə Quliyeva bir dəfə mənə təklif etdi ki, köməkçi kimi yanında işləyim. Mən də buna razılıq verdim. Demişdi ki, yanında olan hər kəsi uzaqlaşdırıb. Avropa Oyunlarından sonra İlhamə Quliyevanın vəziyyəti ağırlaşdı. O, yalnız mənim ona kömək göstərməyimi istəyirdi. Hər dəfə zəng edib deyirdi ki, sən evimdə olmusan, üzüyüm itib. Sonra həmin üzüyü onun barmağında görəndə soruşurdum ki, bəs nə oldu itmişdi? O da deyirdi ki, yadımdan çıxıb. Həmişə onun yanında olmağımı istəyirdi, deyirdi ki, hamı mənə düşməndi və sirlərini yalnız mənimlə bölüşür. Mənə həmişə bacı deyirdi. Onun ən ağır vəziyyətində yanında olmuşam".
 
M.Hüseynova bildirib ki, İ.Quliyeva ona 2-3 aylıq etibarnamə verib: "Mənə dedi ki, evimi satmaq istəyirəm, amma oğlum Orxan bilməsin. Yoxsa, məndən pul istəyəcək. O, etibarnamə verərək, bütün işlərini mənim vasitəmlə həll edirdi. Çünki səhhəti ağır idi. Heç kəslə danışmaq istəmirdi. Müalicə olunurdu, mənə tapşırmışdı ki, onun müalicə aldığını heç kimə deməyim. İlhamə Quliyeva evini 330 minə satmışdı. Bundan sonra o, gözəllik salonunda hər şeyi mənə etibar etdiyini dedi. Bu isə Orxanın qulağına çatdı. Bir gün mənə zəng etdi ki, anam hər şeyini sənə etibar edib? Mən də bunu təsdiqlədim. İlhamə Quliyeva yenə də Orxanı evinə buraxmırdı. Bir gün İlhamə Quliyevanın telefonuna zəng gəldi, telefonu mən açdım. Danışan Orxanın dostu Vüqar idi. Mənə dedi ki, İlhamə Quliyeva onunla danışmasa, vəziyyəti pis olacaq, çünki oğlu Orxan bəzi şəxslərə qarşı 95 min manat məbləğində dələduzluq edib. Vüqar bizi şantaj edib dedi ki, bununla bağlı mətbuata məlumat ötürəcək, İlhamə Quliyevanı rüsvay edəcək.
 
Mən məsələni İlhamə Quliyevaya danışdım, o da Vüqarla mənim görüşməyimi istədi. Parkda Vüqarla görüşdüm və o, yenidən İlhamə Quliyeva barəsində şantaj xarakterli sözlər dedi. Bundan sonra İlhamə Quliyevanın yanına gedib hər şeyi danışdım. İlhamə Quliyevanın səhhəti buna görə pisləşdi. Növbəti dəfə mən Vüqarla görüşərək, onu İlhamə Quliyevanın evinə gətirdim. Vüqar hər şeyi İlhamə Quliyevaya dedi. Vüqar İlhamə Quliyevaya dedi ki, Orxan anasını və məni öldürmək istəyir. Çünki İlhamə Quliyeva mənə etibarnamə verib. Vüqar İlhamə Quliyevadan 10 min manat pul istədi. Səhəri gün 10 min manat pulu Vüqara verdik. Ancaq Vüqar ondan əl çəkmədi, yenə şantaj və 3500 manat aldı. Mən İlhamə Quliyevanın razılığı ilə bu məsələyə son qoymaq üçün yenidən Vüqarla görüşdüm. Vüqara dedim ki, Orxanın anasını zəhərlədiyini demisən. Bu zəhərli dərmanları kim satır? Sən ona şər atırsan? Bunu hansı həkimdən almısan, o dərmanları mənə göstərə bilərsən? Vüqar da razılıq verdi. Yəni, mən bunu, sadəcə, yoxlamaq istəyirdim. Burada mənim məqsədim Vüqarı ifşa etmək idi. Çünki o, Orxana şər atırdı. Mənim ən böyük səhvim odur ki, bu barədə İlhamə Quliyevaya məlumat vermədim. Vüqar mənə kristal duz məmulatına oxşar maddə verdi. Mənim məqsədim o idi ki, bunları alıb maddi sübut kimi prokurorluğa verim. İlhamə Quliyeva mənə dedi ki, sənin haqqında mənə yaxşı məlumatlar gəlmir. Mən də ona bir az gözləməyini və hər şeyi ona danışacağımı dedim". 
 
Prosesdə fasilə elan olunub. 
 
Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.
 
İ.Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Müdafiə Naziri səfərbərlik üçün yaradılmış birliklərdə olub

20 Sentyabr 2017 17:00

"Qarabağ"ın hücumçusu milliyə çağırıldı

20 Sentyabr 2017 16:59

Faəliyyətinin əsas hissəsini dənizdə çalışan neftçi: "İlk baxışdan qorxulu gəlsə də dənizə öyrəşirsən"

20 Sentyabr 2017 16:57

"Qarabağ"ın futbolçusu CAR yığmasında

20 Sentyabr 2017 16:57

Türkiyədə helikopter qəzası baş verib

20 Sentyabr 2017 16:53

Makron Parisin Əsədlə bağlı ŞƏRTİNİ AÇIQLADI

20 Sentyabr 2017 16:53

DYP məktəblərin ətrafında nəzarəti gücləndirib

20 Sentyabr 2017 16:49

Bəhram Bağırzadədən MARAQLI ETİRAFLAR: İndiki ağlım olsaydı... - FOTO

20 Sentyabr 2017 16:48

Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

20 Sentyabr 2017 16:47

Ölkədə İNFLYASİYA ola bilər

20 Sentyabr 2017 16:47

Şimali Koreyadan Trampa sərt reaksiya

20 Sentyabr 2017 16:39

Eldar Mahmudovun daha bir qeyri-qanuni ƏMƏLİ ÜZƏ ÇIXDI: iki qardaşa qarşı BÖYÜK TƏLƏ

20 Sentyabr 2017 16:38

Erməni deputatlar Bakıya sabah gələcək

20 Sentyabr 2017 16:37

“Qarabağ”ın futbolçusu Cənubi Afrika Respublikasının yığmasına dəvət alıb

20 Sentyabr 2017 16:37

“İctimai internet” layihəsi çərçivəsində 1 milyonuncu istifadəçi mükafatlandırılacaq

20 Sentyabr 2017 16:35

“OUKITEL K10000 MAX” smartfonu üçün ilkin sifarişlərin qəbuluna başlanılıb

20 Sentyabr 2017 16:35

“Caspian Energy Transport Forum” forumu keçirilib

20 Sentyabr 2017 16:35

Bərzani İraq hökuməti qarşısında şərtlərini açıqladı - MÜSTƏQİLLİK TƏMİNATI

20 Sentyabr 2017 16:34

İranın itkin şahzadəsi bu ölkədə tapıldı

20 Sentyabr 2017 16:33

Faiq Ağayevdən Ədalət Şükürova ETİRAZ: “O, özü üçün danışa bilər”

20 Sentyabr 2017 16:33

Dərini canlandırmaq üçün

20 Sentyabr 2017 16:27

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

20 Sentyabr 2017 16:24

Məşhur komandanın məşq meydanında bomba tapıldı

20 Sentyabr 2017 16:23

Qvradiyaçılar Kataloniyada 10 milyon səsvermə bülleteni müsadirə edib

20 Sentyabr 2017 16:22

Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı

20 Sentyabr 2017 16:18

“Bank Standard”ın ləğv planı təsdiq olunub

20 Sentyabr 2017 16:12

Atası ilə toya gələn Kənanın dəhşətli ölümü

20 Sentyabr 2017 16:12

Meksika zəlzələsini xəbər verən alimdən növbəti QORXUNC PROQNOZ

20 Sentyabr 2017 16:08

Aİ-nin Siyasət və Təhlükəsizlik üzrə Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

20 Sentyabr 2017 16:07

Azərbaycan Mərkəzi Bankı 100 mln. manatlıq not yerləşdirib

20 Sentyabr 2017 16:07

Futbolçunun xanımı biabırçı geyimi ilə gündəmdə - FOTOLAR

20 Sentyabr 2017 16:07

“Accessbank” “myCard” sahiblərinə güzəştlər vəd edir

20 Sentyabr 2017 16:02

Müğənni Lalə Məmmədova həmkarlarını sülhə çağırıb

20 Sentyabr 2017 16:00

Mikail Cabbarov Nazim İbrahimovun yerini tutdu

20 Sentyabr 2017 15:57

584 sosial evin mülkiyyət hüququ təmin edilib

20 Sentyabr 2017 15:54

Mikayıl Cabbarova vəzifə verildi

20 Sentyabr 2017 15:53

Təcili: İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - VİDEO

20 Sentyabr 2017 15:53

Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

20 Sentyabr 2017 15:52

Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib

20 Sentyabr 2017 15:52

Dini konfessiyaların liderləri Brüsselə səfər edəcək

20 Sentyabr 2017 15:47

Azərbaycanda 11 bağlanmış bankın qorunan əmanətçilərinə 747,93 mln. manat kompensasiya ödənilib

20 Sentyabr 2017 15:47

Lənkəranda 6 otaqlı evdə yandı: Xəsayət alan var

20 Sentyabr 2017 15:45

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlaydı

20 Sentyabr 2017 15:44

Ermənistandan Türkiyəyə təhdid

20 Sentyabr 2017 15:43

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

20 Sentyabr 2017 15:42

Azərbaycanda ilk güzəştli mənzillərin mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınıb

20 Sentyabr 2017 15:42

Sürücülər NARAZIDIR!

20 Sentyabr 2017 15:40

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun - VİDEO

20 Sentyabr 2017 15:38

Güneldən SƏRT İFADƏLƏR: “Zibil iyi gəlir”

20 Sentyabr 2017 15:38

Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

20 Sentyabr 2017 15:37