Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi N saylı hərbi hissədə konsert keçirib - FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi N saylı hərbi hissədə konsert keçirib - FOTO
16:42 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə "Canım-qanım Azərbaycanım" adlı konsert keçirib.

Milli.Az bildirir ki, konsert Azərbaycan Respublikasının dövlət himni ilə başlanıb.

Daha sonra Könül Məmmədli, Nuranə Paşayeva, Səbinə İsmayılova, Orxan Babazadə, Səbinə Əskərova, Mircabbar Mirbabayev, Günay Hüseynova, Könül Şıxəliyeva, Nurlan Təhməzli, Tural Babazadə kimi gənc müğənnilər şən mahnıları ilə əsgərlərdə xoş əhval yaradıblar.

Həmçinin, Bibiheybət qəsəbə Mədəniyyət evinin " Sabahın ulduzları" rəqs dərnəyinin üzvləri "Azəri rəqsi", "Şalaxo", "Qoçəli" rəqs nömrələri ilə çıxış ediblər. Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri "Yaşa var ol Azərbaycan" adlı şeir kompozisiyasını təqdim ediblər.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR