Türkiyə körpülərin sığortasına başladı

Türkiyə körpülərin sığortasına başladı
16:47 22 Noyabr 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin "JLT Türkiye" sığorta şirkəti İstanbulda, Bosfor boğazında inşa olunmuş Sultan Səlim Yavuz körpüsünü terror aktları və yanğınlara qarşı sığorta edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, razılaşma bir il müddətinə imzalanıb. Sığorta müqaviləsinin müddəti uzadıla bilər.

Hazırda sığorta şirkəti digər körpülərin də sığorta olunması üçün danışıqlar aparır.

Qeyd edək ki, Sutan Səlim Yavuz körpüsü bu ilin avqustunda istifadəyə verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR