ANS binasından çıxarılır

ANS binasından çıxarılır
17:06 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ANS Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasından çıxarılır.

Axşam.az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb:

“Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq”.

Məsələ ilə bağlı hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR