Vahid Mustafayev cizgi filmi çəkməyə başlayıb - VİDEO

Vahid Mustafayev cizgi filmi çəkməyə başlayıb - VİDEO
17:33 22 Noyabr 2016
185 Ölkə
Ölkə mətbuatı
A- A+

ANS Şirkətlər Qrupu MMC-nin prezidenti, tanınmış rejissor Vahid Mustafayev yeni cizgi filmlərinin çəkilişinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Vahid Mustafayev özü məlumat verib.

V.Mustafayev artıq 4 aydır ki, ANS-in yayım lisenziyasının dayandırıldığını bildirib:

“İndi biz yayıma çıxıb dəqiq, obyektiv və vicdanlı xəbərlərimizlə əziz Azərbaycanımızı, radio və TV izləyicilərini məlumatlandıra bilmirik. İnşallah, hamımız bir nəfər kimi pozitiv qərarı gözləyirik. Lakin ötən 4 ay ərzində biz vaxtımızı boşuna itirmirdik, işləyirdik, 25 il olduğu kimi yenə də Vətənə, doğma Azərbaycanımıza qulluq edirik. Yaratdığımız “BALANS” Milli Animasiya Studiyasında müxtəlif yaş kateqoriyalı balalarımız üçün bir neçə maraqlı cizgi filmləri hazırlamışıq. Həmin işlərlə “Youtube” kanalında da tanış ola bilərsiz. Bizimlə olduğunuz üçün təşəkkür edirəm”.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR