Ukraynada hərbçilər qəzaya düşdülər, 12 ölü, 22 yaralı

09:12 6 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində hərbçilər yol qəzasına düşüblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, “Boqdan” avtobusunun “KRAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində 12 hərbçi ölüb, 22-si xəsarət alıb.
 
İlkin ehtimala görə, qəzaya səbəb pis hava şəraiti olub.
 
“Yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar Artyomovsk şəhərinin Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hazırda polis və prokurorluq orqanları əməkdaşları hadisə yerindədirlər, araşdırma aparılır”, - Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin məlumatında bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR