Hadisə depressiyadan çıxmaq üçün bunu da etdi - FOTOLAR

Hadisə depressiyadan çıxmaq üçün bunu da etdi  - FOTOLAR
18:23 22 Noyabr 2016
358 Şou
Ölkə mətbuatı
A- A+

200 min avro ziyana düşən Hadisə depressiyadan çıxmaq üçün saç rəngini dəyişdirməyə qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni sarı saçlarını tünd qəhvəyi rəngə boyayıb. “TV8”-də maraqla izlənən “O Səs Türkiyə” mahnı müsabiqəsində münsif kürsüsündə əyləşən Hadisənin yeni imici pərəstişkarları tərəfindən müsbət qiymətləndirilib. Çoxları yeni saç rənginin Hadisəyə çox yaraşdığını bildirib.

Məlumat üçün onu da bildirək ki, dekabrın 31-də Bakıdakı Olimpiya Stadionunda Hadisə, yerli və digər türk müğənnilərin iştirakı etdiyi böyük Yeni il konserti keçiriləcək.

Aytən



Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/176945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR