"Qarabağ"a çətin səfərə xal dalınca getdi

"Qarabağ"a çətin səfərə xal dalınca getdi
18:39 22 Noyabr 2016
134 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov klubun Çexiyaya apardığı heyətdə yer alıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Slovan”ın qonağı olacaq ağdamlılar 34 yaşlı müdafiəçini də Liberetsə aparmağa gərək duyublar.

 

Millinin düşərgəsində zədəsini təzələyən və bu səbəbdən Şimali İrlandiya ilə səfər görüşünü buraxan Sadıqov hələ sıraya dönməyib. Rəşad “Slovan”la qarşılaşmada da meydana çıxmayacaq. Bununla belə, təcrübəli futbolçu Liberetsdə komandasının yanında olacaq.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rəşad Sadıqova digər sərnişinlər tərəfindən xüsusi maraq olub. “Qarabağ” və millinin kapitanını tanıyan şəxslər onunla şəkil çəkdiriblər.

 

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək “Slovan” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR