Yenicə ana olan aparıcı təşəkkür etdi - fotolar

Yenicə ana olan aparıcı təşəkkür etdi - fotolar
18:56 22 Noyabr 2016
210 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyalı aparıcı Kseniya Sobçak artıq yeni doğulmuş övladı ilə evə buraxılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə “İnstaqram səhifəsində məlumat verib. Xəstəxanadan şəkil paylaşan Kseniya artıq oğlu ilə evə getdiyini qeyd edib.

“Xəstəxanada olduğum müddətdə mənə qayğı ilə yanaşan hər kəsə təşəkkür edirəm. Mənim üçün narahat olan və həyəcan keçirənlərə də minnətdaram. Hər şey yaxşıdır və mən körpəmlə artıq evdəyəm”, - deyə Sobçak yazıb.

Qeyd edək ki, bu yaxınlarda "Burger King" restoranlar şəbəkəsinin rəhbəri aparıcıya oğluna Kinqo adı qoyarsa, 2 milyard dollar ödəyəcəyini bildirib.
 



Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR