İnfantino: "Bu turnirlərin bir mənası varmı?"

İnfantino: "Bu turnirlərin bir mənası varmı?"
19:17 22 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Canni İnfantino Konfederasiyalar Kuboku və Klublararası dünya çempionatının keçirilməsini məqsədəuyğun hesab etmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum prezidenti bu məsələdə sıx qrafikin təsirini qeyd edib.

"Bu turnirlər uzun illər öncə düşünülüb. Hazırkı gərgin qrafikdə özümüzə sual verməliyik, görəsən, bunların bir mənası varmı? Təqvim əsl debat mövzusudur. Bütün təklifləri dinləməyə hazıram. Hər şeyi dəyişmək lazım olsa, buna nəzər yetirəcəm. Təqvimin strukturu olmalıdır. Müəyyən tarixlərdə dünya və Avropa çempionatları keçirilir. İyun futbol oynamaq üçün ən yaxşı aydır. Amma hər dəfə bundan istifadə olunmur. İyunda klublar arasında tam mənada gözəl bir turnir keçirmək üzərində düşünəcəyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR