Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub

Ədliyyə işçilərinin peşə bayramı günü geniş qeyd olunub
19:17 22 Noyabr 2016
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 98 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
Bayram ərəfəsində ölkə prezidenti tərəfindən ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin kütləvi informasiya vasitələrində Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi və müsahibəsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib.
Bayramla əlaqədar silsilə tədbirlər təşkil olunub, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib, habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar edilib, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend və qısametrajlı film hazırlanıb.
Peşə bayramlarını sonsuz iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.
Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Peşə bayramı günü münasibətilə bütün ədliyyə və məhkəmə orqanları işçilərini təbrik edən nazir F.Məmmədov builki peşə bayramının həm də ölkəmizin müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunması ilə əlamətdar olduğunu, əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan danışıb.
Sonra Prezident İlham Əliyevin bir qrup ədliyyə işçisinin təltif olunması barədə 2016- ci il 18 noyabr tarixli Sərəncamı elan olunaraq yüksək dövlət təltifləri həmin şəxslərə təntənəli təqdim olunub, habelə fəaliyyətində fərqlənmiş digər əməkdaşlara xüsusi rütbələr və mükafatlar verilib.
Tədbirə dəvət olunmuş rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yeri və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib, ədliyyə işçilərinə xoş arzularını çatdırıblar.
Dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçiləri çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Gənc ədliyyə işçiləri ölkəmizdə dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını, ədliyyə sistemində gənclərə hər zaman xüsusi qayğı ilə yanaşıldığını dərin minnətdarlıq hissi ilə qeyd edib, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Tədbirdə ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

21 Sentyabr 2017 12:57

Atasından qalmış tüfəngi polisə verdi

21 Sentyabr 2017 12:54

Cavanşir Məmmədov “mama roza” qalmaqalından DANIŞDI: “Videonu…”

21 Sentyabr 2017 12:53

Jurnalist Azər Hüseynbala ürəyindən əməliyyat edilib

21 Sentyabr 2017 12:52

SON DƏQİQƏ: İraq ordusu Kərkükə daxil oldu

21 Sentyabr 2017 12:52

Şeyxülislam Türkiyəyə gedir

21 Sentyabr 2017 12:49

48 yaşlı Cennifer Lopes dekoltesi ilə diqqət mərkəzində - FOTO

21 Sentyabr 2017 12:48

Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

21 Sentyabr 2017 12:47

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

21 Sentyabr 2017 12:44

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

21 Sentyabr 2017 12:42

Sabahın HAVASI: Küləkli, dumanlı və...

21 Sentyabr 2017 12:41

Azərbaycan nefti ilə bağlı NİKBİN PROQNOZ - Qiyməti XEYLİ ARTACAQ

21 Sentyabr 2017 12:38

"Topaz"da bu gün

21 Sentyabr 2017 12:37

Fransa klubunun üzvü millimizdən kənarlaşdırıldı

21 Sentyabr 2017 12:37

“eTopaz”da günün canlı oyunları

21 Sentyabr 2017 12:37

“ASUS ZenPad 10” planşeti təqdim edilib

21 Sentyabr 2017 12:35

“Google” eksperimental şəhər tikəcək

21 Sentyabr 2017 12:35

Dünyanın ən bahalı avtomobil sərgisi keçirilir - YEPYENİ MODELLƏR - FOTOLAR

21 Sentyabr 2017 12:33

Latviya prezidenti: "BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

21 Sentyabr 2017 12:32

Mətanətin sinəsi çöldə qaldı, müzakirə olundu - FOTOLENT

21 Sentyabr 2017 12:24

Dəlixanaya yatırlıdı, kimliyi bilinəndə hamı ŞOKA DÜŞDÜ - BU QADININ ETDİYİNƏ İNANMAQ OLMUR

21 Sentyabr 2017 12:23

Damlanı niyə Mərdəkana aparmaq istədi?

21 Sentyabr 2017 12:23

Xəyalə ilə xəbər saatı

21 Sentyabr 2017 12:21

Bakının mərkəzində qadına zor tətbiq edən şəxs tutuldu

21 Sentyabr 2017 12:19

Azərbaycanlı müğənni açıq-saçıq səhnələrdən DANIŞDI: “Kişi qadınla cütləşməlidir” - MÜSAHİBƏ

21 Sentyabr 2017 12:18

Türkiyədə yol qəzası baş verib, 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb

21 Sentyabr 2017 12:17

Arvadını və qızını döydü, qumbara ilə hədələdi – AZƏRBAYCANDA

21 Sentyabr 2017 12:14

Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

21 Sentyabr 2017 12:14

35 dərəcə isti olacaq

21 Sentyabr 2017 12:13

Sabaha olan hava proqnozu açıqlanıb

21 Sentyabr 2017 12:12

Azərbaycan gömrükçüləri avtomobilin torpedasında 6 ədəd mobil telefon aşkar edib

21 Sentyabr 2017 12:12

Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

21 Sentyabr 2017 12:12

Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək

21 Sentyabr 2017 12:12

"Kimsə burada ürək tutmasından öləcək"

21 Sentyabr 2017 12:11

MTN generalının məhkəməsi: "Ən sevdiyi yerdən xəyanət etdilər"

21 Sentyabr 2017 12:09

Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

21 Sentyabr 2017 12:08

"Fəlakət" nişanlandığı deyilir

21 Sentyabr 2017 12:08

“Şahdəniz 2” platformalarının ikinci üst tikililəri dənizdə quraşdırılıb

21 Sentyabr 2017 12:07

Departament rəhbəri və müavini işdən çıxarıldı

21 Sentyabr 2017 12:03

Arvadını döyən Cəlilabad sakininin evindən qumbara tapılıb

21 Sentyabr 2017 12:02

Azərbaycan vətəndaşının daxili orqanında heroin aşkar edilib

21 Sentyabr 2017 12:02

Rusiyada neft gəlirləri əhaliyə paylanacaq

21 Sentyabr 2017 12:02

Keçmiş MTN generalının məhkəməsi davam etdirilir

21 Sentyabr 2017 12:02

Baş nazirin müavinindən islam ölkələrinə Ermənistanla bağlı ÇAĞIRIŞ

21 Sentyabr 2017 11:59

Turan İbrahimov "səhər"i Şeyxdən başladı:

21 Sentyabr 2017 11:59

Bakıdakı məktəblərdən birinin direktoru vəzifəsindən azad olunub

21 Sentyabr 2017 11:57

Ronaldo bu futbolçunu "Real"a gətirmək istəyir

21 Sentyabr 2017 11:57

SORĞU: Cavan qızlara sataşan yaşlı kişilərə hansı cəza verilməlidir?

21 Sentyabr 2017 11:56

SOCAR və tərəfdaşları neft-qaz sənayesinə neçə milyard dollar yatırıb?

21 Sentyabr 2017 11:54

“Regionda yeni münaqişələr başlana bilər” - Üç nazirdən XƏBƏRDARLIQ

21 Sentyabr 2017 11:53