Bakıda avtomobil təmiri sexi yandı

Bakıda avtomobil təmiri sexi yandı
19:27 22 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan avtomobil təmiri sexi yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin dam örtüyü 60 m2 sahədə və içəridə təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/492025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR