ABŞ rəsmisi: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"

ABŞ rəsmisi: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"
19:57 22 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır.

Milli.Az-ın Trend-ə istinadən məlumatna görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bu gün keçirdiyi brifinqdə deyib: "Münaqişənin hərbi yolla həlli yoxdur. ABŞ münaqişə tərəfləri ilə işləyərək problemin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir".

Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən getməsi ilə bağlı məsələyə toxunan B.Brink qeyd edib ki, ABŞ C.Uorlikin həmsədr kimi fəaliyyətini yüksək qiymətləndirir. Onun sözlərinə görə, hələlik ABŞ-ın növbəti həmsədrinin kim olacağı məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR