Gəncədə ata ilə oğul vuruldu

Gəncədə ata ilə oğul vuruldu
09:17 6 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Gecə saatlarında Gəncədə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəza şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb. Gəray Rəfibəyli küşəsi, ev 48-də yaşayan 62 yaşlı Aydın Məhərrəmov və onun oğlu 25 yaşlı Muraz Məhərrəmov yolu keçmək istəyərkən "VAZ" marakalı avtomobl tərəfindən vurulub.

Zərərçəkmişlər qohumlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR