Çempionlar Liqasında V tur həyacanı - YENİLƏNİR

Çempionlar Liqasında V tur həyacanı -   YENİLƏNİR
20:07 22 Noyabr 2016
103 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında V tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında 8 qarşılaşma baş tutacaq.
 
E qrupunda “Monako” “Tottenhem”i qəbul edəcək. Knyazlıq klubu bu oyunda bir xal qazana bilsə, 1/8 finala vəsiqəni təmin edəcək. İngiltərə təmsilçisini isə Fransada yalnız 3 xal qane edir. Moskvada “Bayer”i qəbul edəcək ÇSKA da mütləq qələbə qazanmalıdı.
 
F qrupunda Dortmund “Borussiya”sı evdə autsayder “Legiya”nı qəbul edəcək, "Real" səfərdə "Sportinq"lə qarşılaşacaq. "Borussiya" artıq növbəti mərhələyə vəsiqəni təmin edibsə, "Real" bu vəzifənin öhdəsindən Lissabonda gələ bilər. Bunun üçün "Kral Klubu"na bir xal da sərf edir.

G qrupunda məğlubiyyətsiz irəliləyən “Lester” autsayder “Brügge”ni qəbul edəcək. Bu oyunda qazanılacaq bir xal İngiltərə çempionuna 1/8 final vəsiqəsi verəcək.  Danimarkada “Kopenhagen”in qonağı olacaq “Portu” da işi son tura saxlamamaq üçün qalib gəlməyə çalışacaq. Əks təqdirdə portuqaliyalıların vəziyyəti qəlizləşəcək.
 
Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətirəcəklər. Bu matçda “Sevilya”ya bir xal bəs edirsə, “qoca sinyora” liderliyə yüksəlmək üçün mütləq qalib gəlməlidi. “Yuventus”un məğlubiyyətini arzulayacaq Lion "Olimpik"i isə şansını davam etdirmək üçün Zaqrebdə “Dinamo”ya eyni aqibəti yaşatmalıdı.

Qeyd edək ki, A, B, C və D qruplarında V turun oyunları sabah keçriləcək.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 22 noyabr

E qrupu
21.00 ÇSKA (Moskva, Rusiya) - Bayer (Almaniya)
23.45 Monako (Fransa) - Tottenhem (İngiltərə)

1

Monako

4

2

2

0

7-3

8

2

Bayer

4

1

3

0

4-3

6

3

Tottenhem

4

1

1

2

2-3

4

4

ÇSKA

4

0

2

2

3-7

2


F qrupu
23.45 Borussiya (Dortmund, Almaniya) - Legiya (Polşa)
23.45 Sportinq (Portuqaliya) - Real (İspaniya)

1

Borussiya D

4

3

1

0

11-3

10

2

Real

4

2

2

0

12-7

8

3

Sportinq

4

1

0

3

4-5

3

4

Legiya

4

0

1

3

4-16

1

 
G qrupu
23.45 Lester (İngiltərə) - Brügge (Belçika)
23.45 Kopenhagen (Danimarka) - Portu (Portuqaliya)

1

Lester

4

3

1

0

5-0

10

2

Portu

4

2

1

1

4-3

7

3

Kopenhagen

4

1

2

1

5-2

5

4

Brügge

4

0

0

4

1-10

0


H qrupu
23.45 Sevilya (İspaniya) - Yuventus (İtaliya)
23.45 Dinamo (Zaqreb, Xorvatiya) - Olimpik (Lion, Fransa)

1

Sevilya

4

3

1

0

6-0

10

2

Yuventus

4

2

2

0

6-1

8

3

Olimpik L

4

1

1

2

4-3

4

4

Dinamo Z

4

0

0

4

0-12

0


Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-v-tur-hyacan-t54361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR