Elman Nəsirov: “YAP yarandığı dövr tariximizin mürəkkəb dövrlərindən biri idi”

Elman Nəsirov: “YAP yarandığı dövr tariximizin mürəkkəb dövrlərindən biri idi”
20:19 22 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

APA TV-nin “Manşet” proqramının bugünkü mövzusu YeniAzərbaycan Partiyasının yaradılmasının 24 illiyi ilə bağlıdır. Siyasi elmlər doktoru, professor Elman Nəsirli mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb. 
 
Tariximizin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb.
 
1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı keçirilib. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılıb. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunub.
 
Yeni Azərbaycanın Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP xalqımız, dövlətimiz üçün  misilsiz xidmətlər göstərib. Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Ulu öndərin yolunu, siyasi xəttini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdi. Bu siyasət çevik, hücum taktikasına söykənən balanslaşdırılmış siyasətdir.
 
Bu siyasətin nəticəsində Azərbaycan daha da güclü və nüfuzlu dövlətə çevrilib. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu uğurlar silsiləsindəndir. Azərbaycan çox sürətlə inkişaf edir və beynəlxalq birlik bunu görərək dəyərləndirir.
 
Bütün bunlarda hakim Yeni Azərbaycan Partiyasınım mühüm rolu, funksiyası vardır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün Azərbaycan çox böyük uğurlara imza atıb.
 
YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilib, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən artıq Azərbaycan vətəndaşını birləşdirir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR