Çempionlar Liqasının oyunu ərəfəsində qan töküldü - FOTO

Çempionlar Liqasının oyunu ərəfəsində qan töküldü - FOTO
20:33 22 Noyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının bu gün baş tutacaq “Sevilya” - “Yuventus” oyunundan öncə bu komandaların azarkeşləri arasında qarşıdurma yaşanıb.

Publika.az xəbər verir ki, qarşıdurma zamanı üç azarkeş yaralanıb. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Yaralanan azarkeşlərdən ikisinin “Yuventus”, birinin isə “Sevilya” azarkeşi olduğu qeyd edilib. Azarkeşlərdən birinin vəziyyəti ağırdır. Belə ki, “Yuventus”un belçikalı azarkeşi sinəsindən və ayağından yaralanıb. Digər iki azarkeşin vəziyyəti isə nisbətən yüngüldür. Yerli polis təhqiqat başlatsa da, hələ ki, saxlanılan yoxdur.

“Sevilya” - “Yuventus” oyunu UEFA tərəfindən “yüksək riskli” oyunlar sırasına daxil edilib. Oyunu canlı izləmək üçün 1700-ə yaxın “Yuventus”lu azarkeş Sevilyaya gəlib. “Roman Sançes Pisxuan” stadionunda baş tutacaq oyun üçün 800 nəfərlik mühafizə ayrılacaq.

Qarşılaşma bu gün, Bakı vaxtıyla saat 23:45-də başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR