Səfir: “O günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu”

Səfir: “O günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu”
20:34 22 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Türkiyə qardaş, canı-qanı bir olan ölkədir. Bizlər sevinci də, kədəri də bir yerdə yaşamışıq". APA-nın məlumatına görə,  bunu Bakıda “Türk kinosu həftəsi”nin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O qeyd edib ki, Türkiyə ilə Azərbaycanı bir birindən uzun illər ayırdılar: "İki ölkənin bir birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq.

 

Səfir qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr daha sıx olmalıdır: "İki ölkənin mədəniyyət əlaqələrini daha da inkişaf etdirməliyik. Bu çox vacibdir. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır. Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu. Bu günlərdə kürəyimizi bir birimizə söykəməyin, bir birimizə dayaq olmağın nə qədər vacib olduğunu bir daha gördük”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR