Niyə İmam Hüseynin (ə) qırxından sonra daha 10 gün matəm saxlayırıq?

Niyə İmam Hüseynin (ə) qırxından sonra daha 10 gün matəm saxlayırıq?
21:12 22 Noyabr 2016
367 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Hüseyn (ə) əzadarlığı 50 gün davam edir. Məhərrəm ayının girməsi ilə matəm başlayır. Məhərrəm ayının 10-da, yəni aşura günündə İmamın (ə) şəhadəti qeyd edilir. Bundan daha 40 gün sonraya kimi də matəm tutulur və səfər ayının 20-də ərbəin günü Kərbəla şəhidlərinin matəmi bitir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma bundan daha 10 gün sonra da matəm davam edir. Çünki səfər ayının 28-i Həzrət Mühəmməd Peyğəmbərlə (s) İmam Həsənin (ə) şəhadət günüdür. Səfər ayının son günü (ildən asılı olaraq səfərin 29-u ya 30-u) isə İmam Rzanın (ə) şəhadəti qeyd edilir. Bu matəmlərə hörmət əlaməti olaraq müsəlmanlar məhərrəm ayı girəndən səfər ayı çıxana kimi 60 gün matəm saxlayırlar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR