Keçmiş həyat yoldaşı Gülben Ergen haqqında danışdı

Keçmiş həyat yoldaşı Gülben Ergen haqqında danışdı
21:26 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Gülben Ergenin keçmiş həyat yoldaşı Mustafa Erdoğan müğənninin boşanma xəbərindən danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor qardaşı Yılmaz Erdoğanın çıxışına gələn Mustafa jurnalistlərin suallarına tuş gəlib. O, Gülbenin boşanması haqqında bunları deyib:

"G.Ergen uşaqlarımın anasıdır. Boşanma xəbərini də eşitmişəm. Onun bu qərarına hörmət edirəm".

"Gülbenin boşanmasına səbəb sizinlə görüşməyidir" sualına Erdoğan: "Xeyr, belə bir şey yoxdur", - cavabını verib.

Qeyd edək ki, Musatafa ilə Gülben 2004-cü ildə ailə həyatı qurublar, 2012-ci ildə boşanıblar. Onların bu evlilikdən əkiz övladları var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR