Tramp öz seçkiqabağı vədlərindən birindən imtina etdi

Tramp öz seçkiqabağı vədlərindən birindən imtina etdi
21:28 22 Noyabr 2016
135 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçkiqabağı vədlərindən birindən geri çəkilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, respublikaçı “poçt qalmaqalı” ilə əlaqədar keçmiş dövlət katibi Hillari Klintona qarşı cinayət işinin qaldırılmasına nail olmaq ideyasından imtina edib.

Bu haqda Trampın seçki qərargahının rəhbəri Kellien Konvey bildirib.

Qeyd edək ki, Donald Tramp seçkiqabağı kampaniyada “poçt qalmaqalı” (Klinton dövlət yazışmaları üçün şəxsi serverindən istifadə etməkdə ittiham olunur – red.) ilə əlaqədar olaraq xüsusi prokuror təyin edəcəyinə söz verib. Amma indi Konvey MSNBC telekanalının efirində bildirib ki, respublikaçı faktiki olaraq öz seçkiqabağı vədlərindən birindən imtina edir.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR