Azərbaycanlı kişinin qeyri-adi ixtirası - video

Azərbaycanlı kişinin qeyri-adi ixtirası - video
22:06 22 Noyabr 2016
169 Şou
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayon sakini Kamal Balacayev qeyri-adi ixtirası ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, ARB Şimal kanalına danışan Kamal 20 ildən çox qaynaqçı işlədiyini bildirib. O, emalatxanasında müxtəlif əşyalarla yanaşı hər növ soba da hazırlayır.

Lakin K.Balacayevin ərzəyə gətirdiyi sobalardan biri öz qeyri-adiliyi ilə diqqət çəkir. Belə ki, bu soba müxtəlif növ yanacaqla işləməyə qadirdir. Bazarda satışda olan müxtəlif qızdırıcılardan fərqli olaraq, bu sistem həm qaz, həm odun, həm dizel, həm də elektriklə qızdırılır.

Sifarişdən asılı olaraq soba daha az yanacaq növü ilə qızdırıla bilər. Kamal Balacayevin hazırladğı sistemləri quraşdırmaqla məşqul olan Mustafa Rəsulov deyir ki, bununla bağlı ona müraciətlər çox olur. Evlərinə kombi qızdırıcılar qoyan şəxslər daha sonra Kamal ustanın hazırladığı unikal sobalara üz tutur. Səbəb isə bu sobaların daha qənaətli olmasıdır.

Bu tip sobalar evdə müxtəlif yerlərdə quraşdırıla bilər. Sobanın üzərindəki su qızdırıcı isə hamamdakı qızdırıcını əvəzləmək imkanına malikdir. 

Üstünlüklərindən biri də daha uzunömürlü olmasıdır. Hazırlanması 20-25 gün vaxt alan bu cihazın qiyməti orta hesabla 1000-1200 manat arasında dəyişir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR