88 yaşlı qadın yəhudi soyqırımına görə həbs edildi - FOTO

88 yaşlı qadın yəhudi soyqırımına görə həbs edildi - FOTO
22:23 22 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada 88 yaşlı Ursula Xaferbek Holokostu (yəhudi soyqırımı – red.) inkar etdiyinə görə 2,5 il həbs cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Şpigel” jurnalı yayıb. Jurnalın məlumatına görə, Xaferbek nasist Almaniyası dövründə olan Osventsim düşərgəsində insanların qaz kameralarında məhv edilmədiyini iddia edib. 88 yaşlı qadının məhkəmə hökmündən yenidən şikayətə hazırlaşdığı bildirilib.

Qeyd edək ki, Xaferbek bundan öncə də Holokostu inkar etdiyinə görə iki dəfə məhkum edilib.

Osventsim ölüm düşərgəsi Polşada yerləşib. Bu ölüm düşərgələrində 1,4 milyon insan qətlə yetirilib. Onun 1 milyonu yəhudi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR