Bu gecə 4° şaxta olacaq: bu hava Bakı üçün xarakterikdirmi?

Bu gecə 4° şaxta olacaq: bu hava Bakı üçün xarakterikdirmi?
22:27 22 Noyabr 2016
291 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 20-25-də gecələr havanın şaxtalı olması Bakı üçün xarakterik hal deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, Bakıda şaxtalı gecələr adətən, dekabrın 10-dan sonra müşahidə edilir.

M.Həsənov deyib ki, bu günlərdə gecələr havanın şaxtalı olması dağlıq rayonlar üçün xarakterikdir.

Alim gecələr havaların şaxtalı olmasının səbəbini ölkə ərazisinə soyuq hava kütlələrinin qəfil daxil olması ilə izah edib: "Ümumiyyətlə, demək olar ki, bu il ölkəyə qış tez gəlib. Oktyabrda havalar soyudu və yağıntıların miqdarı artdı, noyabrda da gecələr hava artıq şaxtalı olmağa başlayıb".

Qeyd edək ki, dünəndən başlayaraq, Azərbayanda soyuq hava şəraiti müşahidə edilir. Sinoptiklərin yeni xəbərdarlığına görə, noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir. Noyabrln 23-də Bakıda gecə 0-2° şaxta olacağı gözlənilir. Havanın minimal temperaturu noyabrın 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR