Rusiyada 24 məktəbli zəhərlənmə əlamətilə xəstəxanaya yerləşdirilib

Rusiyada 24 məktəbli zəhərlənmə əlamətilə xəstəxanaya yerləşdirilib
23:37 22 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın Perm vilayətinin Vereşaqino şəhərində 20-dən çox məktəbli "kəskin enterokolit" diaqnozuyla xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, regional prokurorluq faktla bağlı yoxlama təşkil edib. İlkin informasiyaya görə, uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər. 
Zəhərlənmə ilə əlaqədar Vereşaqino Mərkəzi Rayon Xəstəxanasına "kəskin enterokolit" diaqnozuyla 2-4-cü siniflərdə oxuyan 24 şagird yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Prokurorluq məktəbin qida məhsulları ilə təminatının "Vereşaqino Uşaq Qida kombinatı" tərəfindən həyata keçirildiyini müəyyənləşdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-20-den-cox-mektebli-zeherlenme-elametile-xestexanaya-yerlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR