Futbola görə ayaqyolunda gecələdilər

Futbola görə ayaqyolunda gecələdilər
23:53 22 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in 2 fanatı sevimli komandalarının “Arsenal”la oyununu izləmək üçün maraqlı üsula əl atıb.

Publika.az xəbər verir ki, azarkeşlər İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində ötən həftə baş tutmuş oyunu izləmək üçün qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Old Trafford” stadionunda tura qatılıblar. Mühafizənin nəzərindən yayınan azarkeşlər stadionun ayaqyolunda gizləniblər. Gecəni ayaqyolunda keçirən fanatların oyunu izləməsinə stadionun mühafizə xidməti mane olub. Belə ki, oyundan bir neçə saat öncə stadionu təftiş edən mühafizə işçiləri sözügedən azarkeşləri ayaqyolunda taparaq polisə təhvil veriblər.

Polis onlara təhvil verilən fanatları həbs etməyi lazım bilməyib və azadlığa buraxıb.

Xatırladaq ki, “Mançester Yunayted” - “Arsenal” oyunu 1:1 hesablı bərabərliklə nəticələnib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR