Türkiyədə ölüm hökmünün bərpası Aİ üçün mesajdır

Türkiyədə ölüm hökmünün bərpası Aİ üçün mesajdır
00:33 23 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə ölüm hökmünün bərpa edilməsi, bu ölkənin Aİ üzvü olmaq arzusunda olmadığını nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.

“Biz Türkiyənin nə istədiyini anlamalıyıq. Ölüm hökmünün bərpa edilməsi, Türkiyənin Aİ-yə üzvlük arzusunda olmadığına bir mesaj olacaq”, - deyə o qeyd edib.

Moqerini qeyd edib ki, Ankara və Brüssel, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlar prosesinin dayandırılmasından yalnız uduzacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR