Moldovanın İstanbuldakı konsulluğunun fəaliyyəti araşdırılır

Moldovanın İstanbuldakı konsulluğunun fəaliyyəti araşdırılır
02:29 23 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip saxlanıldıqdan sonra ölkə XİN-i  konsulluqda daxili araşdırma aparmağa başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Andrey Qalbur bildirib.     

 

“Baş konsulluqda daxili araşdırma aparılır. Məqsədimiz sistemdəki boşluqları müəyyən edərək aradan qaldırmaqdır. Diplomatik xidmətlərin, xüsusən də, konsulluqların əməkdaşları  təhlükəsizlik tədbirlərinə dair əlavə təlimatlar alıblar”, - deyə Qalbur bildirib.  

 

O qeyd edib ki, XİN istintaq orqanları ilə əməkdaşlıq edib və edəcək, habelə, onlara bütün lazımi məlumatları təqdim edəcək.  

 

Qeyd edək ki, Kişinyov Rayon Məhkəməsi noyabrın 19-da Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçib.

 

Baş konsul Kişinyov hava limanında saxlanılıb. Vyaçeslav Filip və bir qrup əcnəbi, Moldovaya səfər etmək istəyən xarici vətəndaşlara sənədlər verərkən dələduzluq yolu ilə korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.  

 

Araşdırmalar zamanı Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxslə sövdələşməyə girərək, bu cinayətkar sxemdə fəal iştirak etdiyi məlum olub. 

 

Moldovanın İstanbuldakı baş konsulluğunun bütün əməkdaşlarının korrupsiya cinayətlərində iştirak etdiyi qeyd olunur.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR