Bombaların altında flaşmob - DƏHŞƏTLİ VİDEO

Bombaların altında flaşmob - DƏHŞƏTLİ VİDEO
03:13 23 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Özlərini hüquq müdafiəçiləri adlandıran “Ağ kaskalar” təşkilatı yenidən qalmaqalın mərkəzində olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əsasən Suriya müxalifətinin nəzarət etdiyi ərazilərdə işləyən təşkilat “Suriyanın inqilabçı gücləri” (RFS) portalında yerləşdirdiyi video ilə tənqid hədəfinə çevrilib.

Videoda “Ağ kaskalar”ın fəalları “xilasedici əməliyyat”ı zamanı məşhur “Mannequin Challenge” flaşmobunda iştirak edirlər. İnternet istifadəçiləri peşəkar aktyorların diqqətini videoya yönəltdikdən sonra RFS görüntüləri öz səhifəsindən silib.

İlk baxışda görünə bilər ki, videoda Suriya şəhərlərindən birində real xilasedici əməliyyat təsvir edilib və qismən dağıntıların altında qalan yerli sakin xilas edilir. Ancaq videoçarxın əvvəlində nə “zərərçəkən”, nə də “Ağ kaskalar”ın fəalları hərəkət edir, operator isə kamera ilə onların ətrafındadır. Bir neçə saniyə sonra suriyalı sanki dirilir və “xilasedicilər”dən tutaraq ağrıdan qışqırmağa başlayır. Bu zaman kadr arxasında yad səslər eşidilir və “xilasedicilər” öz işinə başlayırlar.

Beləliklə, videoçarxın birinci hissəsi istisna olmaqla, Suriyada atəş altında “xilasedicilər”in real işinin tam təsviri yaradılır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR