TTP ABŞ-sız reallaşdırılacaq

TTP ABŞ-sız reallaşdırılacaq
03:24 23 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Peru hökumətinin rəhbəri Fernando Savalo ABŞ-ın azad ticarət barədə Trans-Sakit Okean Əməkdaşlığı (TTP) layihəsindən çıxacağı təqdirdə ölkəsinin layihəni Amerikasız reallaşdırmağa hazır olduğunu bəyan edib.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “El Comercio” nəşri məlumat yayıb.  

 

Bundan əvvəl Peru prezidenti TTP sazişinin ABŞ-ın iştirakı olmadan digər analoji sənədlə əvəzlənəcəyinin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, sazişin Çin, Rusiya və sair ölkələr daxil olmaqla, Asiya və Sakit okean ölkələri arasında imzalanması daha məqsədəuyğun olardı.   

 

Azad ticarət zonasının yaradılması barədə TTP sazişi 2015-ci ilin oktyabrın 5-də imzalanıb. Dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür.  

 

ABŞ-ın yeni seçilmiş prezidenti TTP sazişini “qorxunc” adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR