ÇL: Dortmundda 12 qol - NƏTİCƏLƏR

ÇL: Dortmundda 12 qol - NƏTİCƏLƏR
04:19 23 Noyabr 2016
128 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk gündə E, F, G və H qruplarında oyunlar baş tutub.

 

E qrupunda “Monako” – “Tottenhem”ə qalib gələrək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirəcək. Moskvada “Bayer”lə qarşılaşan MOİK heç-heçəyə oynayaraq ÇL ilə vidalaşıb. Moskvalıların Avroliqa şansları hələ ki davam edir.

 

F qrupunda Dortmund “Borussiya”sının evdə autsayder “Legiya” ilə oyunu əsl fantastika olub. 12 qolun vurulduğu matçda meydan sahibləri 8:4 hesablı qələbə qazanıb. Lissabonda “Sportinq”in qonağı olan “Real” 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.

 

G qrupunun məğlubedilməz lideri “Lester”in 1/8 finala vəsiqəni “Brügge” qələbəsi ilə qeyd edib. Danimarkada “Kopenhagen”in qonağı olan “Porto” heç-heçəyə razılaşaraq şansını son tura saxlayıb.

 

Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətiriblər. "Qoca sinoyra" səfərdə əzmkar qələbə ilə liderliyi əldə edib. “Lion” isə Zaqrebdə “Dinamo”nu tək qolla keçib.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

 

22 noyabr

 

E qrupu

MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya) - 1:1

Qollar: Naço, 76 (pen.) - Volland, 16

 

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) - 2:1

Qollar: Sidibe, 48, Lemar, 53 - Keyn, 52 (pen.)

 

1.

Monako

5

3

2

0

9:4

11

2.

Bayer

5

1

4

0

5:4

7

3.

Tottenhem

5

1

1

3

3:5

4

4.

MOİK

5

0

3

2

4:8

3

 

 

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa) - 8:4

Qollar: Kaqava, 17, 18, Nuri, 20, Dembele, 29, Roys, 32, 52, 90+3, Passlak, 81 - Priyoviç, 10, 24, Kuçarçik, 57, Nikoliç, 83

 

“Sportinq” (Portuqaliya) – “Real” (İspaniya) - 1:2

Qollar: Silva, 80 (pen.) - Varan, 29, Benzema, 87

 

1.

Borussiya

5

4

1

0

19:7

13

2.

Real

5

3

2

0

14:8

11

3.

Sportinq

5

1

0

4

5:7

3

4.

Legiya

5

0

1

4

8:24

1

 

 

 

 

 

 

 

 

G qrupu

“Lester” (İngiltərə) – “Brügge” (Belçika) - 2:1

Qollar: Okazaki, 5, Mahrez, 30 (pen.) - İzkerdo, 52

 

“Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya) - 0:0

 

1.

Lester

5

4

1

0

7:1

13

2.

Porto

5

2

2

1

4:3

8

3.

Kopenhagen

5

1

3

1

5:2

6

4.

Brugge

5

0

0

5

2:12

0

 

 

H qrupu

“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:3

Qollar: Parexa, 9 - Markizio, 45+1 (pen.) Bonuççi, 84, Mancukiç, 90+4

 

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa) - 0:1

Qol: Lakazet, 72

 

1.

Yuventus

5

3

2

0

9:2

11

2.

Sevilya

5

3

1

1

7:3

10

3.

Lion

5

2

1

2

5:3

7

4.

Dinamo

5

0

0

5

0:13

0

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR