Stoltenberq: "Türkiyə heç vaxt NATO-un birliyinə qarşı addımlar atmayacaq"

Stoltenberq: "Türkiyə heç vaxt NATO-un birliyinə qarşı addımlar atmayacaq"
04:47 23 Noyabr 2016
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Türkiyə heç vaxt NATO-un birliyini və kollektiv müdafiəni dağıda bilən addımların atılması təşəbbüsü ilə çıxış etməyəcək".
"Report" "Hürriyyət"ə istinadən xəbər verir ki, bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Cümhuriyyətinin prezidenti Tayyib Ərdoğan bildirib ki, Türkiyə, soyuq müharibədən başlayaraq, NATO-un ayrılmaz hissəsi olub. İttifaqın fəaliyyətinin siyasi və hərbi dəstəyini göstərməyə davam edir.
"NATO-nun gücü və müvəffəqiyyəti o fakta əsaslanır ki, alyansın bir üzvünə hücum baş verərsə, bu, bütün müttəfiqlərdə reaksiya doğuracaq. Və mən tamamilə əminəm ki, Türkiyə heç vaxt kollektiv müdafiəni məhv edə biləcək, eləcə də maddə 5-i (NATO-nun müqavilələrini) poza biləcək heç nə etməyəcək" – deyə Stoltenberq "Hurriyet" nəşrinə müsahibəsində bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/stoltenberq-turkiye-hec-vaxt-nato-un-birliyine-qarsi-addimlar-atmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR