Türkiyədə antiterror əməliyyatı keçirilib, saxlanılanlar var

Türkiyədə antiterror əməliyyatı keçirilib, saxlanılanlar var
05:52 23 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda antiterror əməliyyatı keçirilib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, Şanlıurfa Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılan terror istintaqı çərçivəsində Suruç rayonunda Şanlıurfa Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən əvvəldən müəyyən edilmiş ünvanlarda xüsusi əməliyyat təşkil olunub. 
Əməliyyat zamanı Demokratik Bölgələr Partiyasının rayon üzrə rəsmisi Feryal Çelikbaş, bələdiyyə üzvü Mehmet Şakir və Esvet Şenyaşar da daxil olmaqla 4 nəfər saxlanılıb.
Şübhəli şəxslər tibbi yoxlanışdan keçirildikdən sonra polis idarəsinə gətiriliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-antiterror-emeliyyati-kecirilib-saxlanilanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR