"Türkiyə və Azərbaycan bir birinə terrorla mübarizədə lazımı dəstəyi verir"

"Türkiyə və Azərbaycan bir birinə terrorla mübarizədə lazımı dəstəyi verir"
07:52 23 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə və Azərbaycan qardaş iki ölkə olaraq bir birinə terrorla mübarizədə lazımı əməkdaşlığı həyata keçirdir, lazımı dəstəyi verir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral Bakıda jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Dağlıq Qarabağ problemi həm Türkiyə həm də Azərbaycanın qanayan yarasıdır: "Dağlıq Qarabağ problemi bir an əvvəl öz həllini tapmalıdır. Türkiyə və Azərbaycanın həm Dağlıq Qarabağ probleminin həlli, həm də terrorla mübarizə məsələsinə əməkdaşlığı bundan əvvəl olduğu kimi bundan sonra da davam edəcək."

Diplomat qeyd edib ki, Türkiyə Azərbaycanın terrorla mübarizə sahəsində göstərdiyi dəstəyə görə minnətdardır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR