Oğlanlar afaziyadan daha çox əziyyət çəkir

Oğlanlar afaziyadan daha çox əziyyət çəkir
08:05 23 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaq danışıq qabiliyyətini itirib və ya heç danışmırsa, ehtiyatlı olmaq lazımdır. Belə ki, onda afaziya xəstəliyi ola bilər. Bu xəstəlik beyin qabığı zədələnmələri, doğuş travmaları, beyində şişlər nəticəsində formalaşır.

Psixologiya Nitq İnkişaf Mərkəzinin defektoloq Loqopediya şöbəsinin rəhbəri Esmira Qafarovanın bildirdiyinə görə, qızlara nisbətən oğlanlar afaziyadan daha çox əziyyət çəkilər: "Onların diqqəti fəal inkişaf etsə də, digər uşaqlarla ünsiyyət qurmaq çox çətin olur. Xəstəlik beyin qabığı zədələnməsi ilə bağlı olduğu üçün əsasən yaşlı insanların xəstəliyi hesab olunur. Lakin uşaqlar da afaziyanın qurbanına çevrilirlər".

Milli.Az ekspress.az-a istinadən bildirir ki, bu xəstəliyin ilk əlamətlərindən biri danışıq zamanı lazım olan sözlərin seçilməsində çaşqınlığın yaranmasıdır. Söz dilin ucunda olsa da, xəstə xatırlaya bilmir. Bəzən ifadə edəcəyi sözün əvəzinə sinonim işlədilir. Düzgün sözü tapmayan xəstə cümləni bitirməmiş də saxlaya bilər. Bu, yaddaş pozulması deyil, sadəcə şəxs lazım olduqda lazımi sözləri tapa bilmir.

E.Qafarova qeyd edib ki, afaziya ilə xəstələnən uşaqlar çox danışa bilmir və ya çox danışmaq istəmirlər: "Bu səbəbdən də onların tələffüs etdiyi sözlərin sayı getdikcə azalır. Uşağa sual verdikdə isə qısa olaraq hə və yox deyərək cavab verir. Bu cümlə qurarkən düzgün sözlərin tapılmasında çətinlik yarandığı üçün baş verir. Bəzən uşaqlar düşdüyü vəziyyətdən asılı olmayaraq eyni ifadələri təkrarlaya bilər. Uşaqda vaxt anlayışı pozulur və o edəcəyi hərəkətlərin ardıcıllığını başa düşə bilmir".

Qeyd edək ki, afaziya beyin qabığında beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.

Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.

Afaziyalar təsnifatına görə bir neçə qrupa bölünür. Belə ki, brok afaziyası, yaxud efferent hərəkət refleksli afaziya beyinin sol yarımkürəsində beyin qabığının hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır. Bu isə fikir söyləmə qrammatikasının pozulmasına və bir sözdən başqa sözə istiqamətlənmədə çətinlik yaradır ki, bu da ətalətli sabit nitq fəaliyyətinin yaranmasına səbəb olur. Bu zaman hərfi parafaziyalar müşahidə olunur, bir səsin digəri ilə əvəz olunması, eyni zamanda oxuma və yazma zamanı kobud səhvlərə yol verilir.

Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır. Nitqin realizasiya prosesi xarici mühitin pozulması səbəbi ilə pozulur. Bu forma qabığın Brok mərkəzi yaxınlığındakı hissəsinin zədələnməsi ilə şərtləndirilir.

Afferent hərəkətverici afaziya beyin qabığının arxa-mərkəzi və əmgək (təpə) hissələrinin zədələnməsi zamanı yaranır. Bu tip xəstələr üçün səs cingiltilərinin səhv salınması xarakterikdir. Birinci defekt xəstənin öz yaxınlarının səslərinin artikulyasiyasını (müəyyən səsi çıxartmaq üçün danışıq orqanlarının gördüyü iş) ayırd edə bilməməsidir. Onlar daxili qrup artikullemlərini səhv salırlar (xalat-xadat). Artikulyasiyalardan gələn kinetik hissiyat pozğunluğu yaranır. Əsas defekt sözü tələffüz etmək üçün lazım olan dəqiq akulyativ vəziyyət və qaydaların seçilə bilməməsidir.

Vernike afaziyası və yaxud sensor afaziyasının əsasını fonematik eşidilmə pozuqluğu və sözlərin müxtəlif tələffüz tərkiblərinin pozuqluğu təşkil edir.
Afaziklərin nitq fəaliyyəti yoxsul leksik əsasla xarakterizə olunur, onlar çox nadir hallarda nitq fəaliyyəti zamanı sifət, zərf, təsviri ifadə istifadə edir, atalar sözü və məsəllərdən isə demək olar ki, heç istifadə etmirlər.

Mütəxəssis bildirib ki, uşaqlarında bu sadalanan əlamətlərlə üzləşən valideynlər yubanmadan müalicəyə başlamalıdırlar: "Belə ki, gecikmiş müalicənin effekti də gec hiss olunur. Mütəxəssis müalicəsi ilə yanaşı xəstə uşağa valideynlərinin dəstəyi, onlarla daha çox vaxt keçirməyi vacibdir. Daim uşaqla ünsiyyət qurmağa, ona sual verməyə çalışmaq lazımdır. Valideynlər uşaqla söhbət zamanı ona diqqətlə və səbirlə qulaq asmalı, onu söhbətə cəlb etməlidirlər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

24 Sentyabr 2017 18:49

Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"

24 Sentyabr 2017 18:47

Misir paytaxtını dəyişir - 45 milyard dollara yeni şəhər tikilir

24 Sentyabr 2017 18:44

Sergey Şoyqu İrailə gedir

24 Sentyabr 2017 18:43

Səsi nazik olan kişilərə bəd xəbər

24 Sentyabr 2017 18:41

Bakı-Qazax yolunda ağır qəza: qadın öldü

24 Sentyabr 2017 18:39

Salyanda 7 min hektar sahədə pambıq əkilib

24 Sentyabr 2017 18:37

Meşəyə bitki yığmağa getdi, meyiti tapıldı

24 Sentyabr 2017 18:34

Goranboyda yol qəzası nəticəsində 1 nəfər ölüb, daha 3-ü yaralanıb

24 Sentyabr 2017 18:32

100 arvadı olan Kral

24 Sentyabr 2017 18:28

Super Liqanın 6-cı turunda 5-ci baş məşqçi istefası

24 Sentyabr 2017 18:27

Canlı yayımda inanılmaz hadisə

24 Sentyabr 2017 18:27

Azərbaycanlı atlet Avropa çempionu olub

24 Sentyabr 2017 18:19

Prezident: "Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 18:18

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

24 Sentyabr 2017 18:12

Səudiyyə Ərəbistanı tarikində ilk

24 Sentyabr 2017 18:08

Yeni məktəb binası istifadəyə verildi

24 Sentyabr 2017 18:04

Krımda 2000 illik tarixi olan qala tapıldı

24 Sentyabr 2017 18:03

Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

24 Sentyabr 2017 18:02

Premyer Liqa oyunundan öncə bomba həyəcanı

24 Sentyabr 2017 17:59

"Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 17:57

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:54

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

24 Sentyabr 2017 17:52

İran Ərbillə hava nəqliyyatını dayandırdı

24 Sentyabr 2017 17:48

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13

İrandan Kürdüstan rəhbərliyinə daha bir zərbə

24 Sentyabr 2017 17:13

"Real"ın ulduzu qəzaya düşdü - FOTO

24 Sentyabr 2017 17:07