Mühafizəçilər qatillə işbirliyinə girdi – Bu məşhurlar vurulmalı idi - FOTOLAR

Mühafizəçilər qatillə işbirliyinə girdi – Bu məşhurlar vurulmalı idi - FOTOLAR
08:33 23 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ulduz futbolçularının ölümün bir addımlığından döndükləri məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Santyaqo Sançez Ramirez adlı bir snayperin Karlo Ançelottinin dövründə "Real"ın məşqçi, oyunçu, texniki heyətindən tutmuş klub prezidenti Florentino Perezə qədər hər birini silahının nişangahı ilə çəkdiyi fotoları ələ keçib.

Tətikçinin panelvan tipli maşının pəncərəsindən "Real”lıları nişan aldığı məlum olub.

Ramirezin ələ keçən videolarında "Ronaldonu öldürdüm. Perezi öldürdüm" ifadələrinə rast gəlinir.

İstintaqa məlum olub ki, snayper klubun mühafizəçiləri ilə əlaqəyə keçərək klub üzvləri haqda bütün detalları incəliyinə qədər öyrənib.

Polis Rodriqezin evinə basqın təşkil edib və oradan fotolarla yanaşı müxtəlif növ silahlar aşkar edilib. (milli.az)

Snayperin hədəf seçdiyi oyunçuların adları:

Kriştiano Ronaldo

Serxio Ramos

Qarit Beyl

İsko

Marselo

Kərim Benzema







Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR