Əliyar Ağayev Balotellini görməyəcək

Əliyar Ağayev Balotellini görməyəcək
09:17 23 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Mario Balotelli Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq "Nitsa" - "Şalke" oyununu buraxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə fransız klubu açıqlama yayıb.

Bildirilib ki, italiyalı hücumçu məşqdə zədələndiyi üçün məlum görüşü buraxmalı olacaq.
 
Bu mövsüm "Nitsa"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vuran Mario yenidən formasını bərpa edir.
 
Qeyd edək ki, adıçəkilən görüşü azərbaycanlı FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR