Bakı-Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt qatarı yolda qaldı
09:37 23 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. 

Milli.Az xəbər verir ki, sərnişinlərin azvision.az-a verdiyi məlumata görə, buna səbəb kimi daha öncə yola düşən qatarın enerjisinin kəsilməsi göstərilir. 

Qatar 30 dəqiqədən çoxdur ki, yolda qalıb: "Qatar "Trump Tower" otelinin yaxınlığından keçən hissədə hərəkətsiz vəziyyətdə qalıb. Bizə verilən məlumata görə, əvvəlki qatarın enerjisinin kəsilməsi qatarların hərəkət qrafikini pozub və belə vəziyyət yaranıb. Ən pisi isə odur ki, qatarın istilik sistemi işləmir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR