Azərbaycan gömrükçüləri siqaret aşkar edib

Azərbaycan gömrükçüləri siqaret aşkar edib
09:47 23 Noyabr 2016
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-gomrukculeri-siqaret-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR