Hesabat: Azərbaycan İKT inkişafı qlobal reytinqində 55-ci yeri tutur

Hesabat: Azərbaycan İKT inkişafı qlobal reytinqində 55-ci yeri tutur
10:02 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur.
"Report" xəbər verir ki, bu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.
Hesabata əsasən, MDB ölkələrindən Rusiya reytinqdə 43-cü, Qazaxıstan 52-ci, Ermənistan 71-ci sırada qərarlaşıb. Moldova sıralamada 68-ci, Gürcüstan 72-ci, Ukrayna isə 76-cıdır.
Sənəddə vurğulanıb ki, 2016-cı ilin sonlarına olan məlumata əsasən, dünya əhalisinin 95 faizi mobil telefon rabitəsi ilə əhatə olunub, 47 faizindən çoxu isə artıq internetə çıxış əldə edib.
Koreya Respublikası ardıcıl ikinci il informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından reytinqə liderlik edir. 175 ölkə arasında ilk onluğa həmçinin Avropa İttifaqının yeddi ölkəsi, Çin və Yaponiya da daxil edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/hesabat-azerbaycan-i-kt-inkisafi-qlobal-reytinqinde-55-ci-yeri-tutur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR