Sərnişin qatarlarının hərəkətində ləngimə olub

Sərnişin qatarlarının hərəkətində ləngimə olub
10:04 23 Noyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakıya gələn sərnişin qatarlarının hərəkətində ləngimə olub.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, Balakəndən Bakıya gələn qatar saat 7:10 dəqiqədə Bakı Sərnişin Stansiyasına daxil olarkən təmas xəttində problem yaranıb.

 

“Qatarın gecikməsinə səbəb təmas xəttində yaranan gərginlik olub. Qatar yarım saat gec qəbul olunub. Artıq yol bərpa olunub. Bakıya gələn bütün qatarlar qəbul olunub”, - deyə N.Əzməmmədov vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR