Məktəb avtobusu ilə qatar toqquşdu

Məktəb avtobusu ilə qatar toqquşdu
09:26 6 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şimali Dakota ştatının Qrand Forks qraflığında məktəb avtobusu qatarla toqquşub.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Bu barədə "Fox News" xəbər verib.

Qəza Larimor şəhərindən 5 kilometr aralıda, ştatın şimal-şərq hissəsində dəmir yollarının kəsişməsində baş verib.

Hökümət qüvvələrinin məlumatına görə, zərərçəkənlərin dəqiq sayı bilinməsə də, ən azından 11 nəfər qəza nəticəsində yaralanıb.

Qəza vaxtı havanın aydın olduğu qeyd edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=317928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR