Müəllim azyaşlı qızı 10 minə satarkən yaxalanıb - FOTO

Müəllim azyaşlı qızı 10 minə satarkən yaxalanıb - FOTO
10:32 23 Noyabr 2016
41 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov vilayətində polis 13 yaşlı qızı 10 min dollara satmağa çalışan qadın müəllimi həbs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib.

Onun sözlərinə görə, müştəri müəllimə qızın orqan transplantasiyası üçün alındığını söyləyib.

KİV-in məlumatına görə, Qalina Kovalenkonun Ukrayna və  rus dili ədəbiyyatı üzrə 20 ildən artıq müəllimlik stajı var.  

"Qalina Kovalenko bir il ərzində 13 yaşlı qızın satışı üçün öz "biznes plan"ını hazırlayıb. O, uşağı uğursuz bir ailədən öz internatına götürüb və daha sonra müştəri axtarıb", - deyə Avakov vurğulayıb.

Məlumata görə, əməliyyatın özü dörd ay davam edib. Qadın uşağı müştəriyə satıb, pulu alan zaman həbs edilib. Günahı  sübut olunacağı təqdirdə onu 12 ilədək həbs cəzası gözləyir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR