Bakıda yollar buz bağladığından qəzalar baş verib

Bakıda yollar buz bağladığından qəzalar baş verib
10:47 23 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Yolların buz bağlaması səbəbilə Bakıda bir neçə yol qəzası baş verib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib:

"Bakıda qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkətində gərginlik yaşanıb. Yol və metereoloji şəraitin nəzərə alınmaması səbəbindən 6 yol qəza hadisəsi baş verib. Nəticədə ölən və xəsarət alanlar olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Qəzalar əsasən tunellərdə və körpürlərdə qeydə alınıb. Amma yollara qum səpilib, hazırda vəziyyət normaldır. Ərazilər, enişli-yoxuşlu yollar, sərt döngələr əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb". 

Bununla yanaşı, bölmə rəisi bir daha sürücülərə və piyadalara xəbərdarlıq edib: "Tərəfimizdən vətəndaşlara əsasən ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, yalnız texniki cəhətdən saz vəziyyətdə olan avtomobillərdən istifadə edilməsi tövsiyə olunur. Yaxşı olar ki, şəxsi minik avtomobillərindən az istifadə edilsin. Sürət həddi minimuma enməli, ara məsafəsi normadan artıq saxlanmalı, təkərlərin təzyiqi normaya uyğun olmalı, avtomobilin hərəkətə gətirilməsi və dayandırılması yalnız sürət qutusu hesabına aparılmalıdır. Sürücülər gölməçələrin yanından keçərkən diqqəli olmalı, suyu piyadalara sıçratmamalıdırlar. Həmçinin, böyüklər azyaşlı uşaqlara nəzarəti gücləndirməli, uşaqlar yolların hərəkət hissəsinə çıxmamalıdırlar".

İlkin İzzət

Milli.Az   


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR