Dağlıq ərazilərdə 16 dərəcə şaxta qeydə alınıb – Faktiki hava

Dağlıq ərazilərdə 16 dərəcə şaxta qeydə alınıb – Faktiki hava
10:49 23 Noyabr 2016
130 Digər
Ölkə mətbuatı
A- A+

 

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, noyabrın 23-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb.

 

Düşən yağıntının miqdarı Rvarudda (Lerik) 12, Ağsuda 5, Lerikdə 4, İsmayıllı, Altıağac, Qəbələdə 3, Şabran, Kişçay, Yardımlıda 2, Oğuz, Şamaxı, Xaçmaz, Nabran, Kəlvəz, Lənkəran, Astara, Qazax, Cəfərxan, Sabirabad, Kürdəmir, Göyçay, Tərtər, Bərdə, Quba, Şəki, Daşkəsəndə 1, Abşeron yarımadasında: Maştağada 3, Bakı, Ələt, Çilov adası, Neft Daşları, Binə, Sumqayıt, Montin, Pirallahıda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Rvarud, Xınalıqda 4, Şabranda 3, Sarıbaş, İsmayıllı, Quba, Kəlvəzdə 1 sm olub.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxta, Aran rayonlarında 0-2, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 7-11, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 13-16 dərəcə şaxta təşkil edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR